image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-3e1a4cd572e896e2dab6b81ee491deed

İsrail liderindən sərt mesaj: “Həm müdafiədə, həm hücumda…”

image-legitimaz-810x90

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin hərbi gücü ilə bağlı iddialı açıqlamalar verib.

Xeberaz.info xəbər verir ki, o, İsrailin həm müdafiə, həm də hücum imkanlarına görə dünyada lider mövqedə olduğunu bildirib.

Netanyahunun sözlərinə görə, İsrailin hava hücumundan müdafiə sistemləri artıq özünü sübut edib və bu səbəbdən bir çox ölkə Tel-Əvivə müraciət edir. Baş nazir qeyd edib ki, ölkəsi regionda və qlobal miqyasda “supergüc”ə çevrilmək istiqamətində addımlarını sürətləndirir.

O, həmçinin İranın İsraili zəiflətmək üçün xərclədiyi böyük maliyyə resurslarının nəticəsiz qaldığını vurğulayıb. Netanyahu bildirib ki, Tehran tərəfindən bu istiqamətdə sərf olunan “trilyonlarla dollar” faktiki olaraq boşa gedib.

İsrail lideri əlavə edib ki, ölkəsi İran təhdidinə qarşı bölgədə yeni strateji ittifaqlar qurur və bu proses yaxın zamanda daha açıq şəkildə təqdim oluna bilər. Onun fikrincə, regionda güc balansı dəyişmək üzrədir.

Netanyahu çıxışında İran rejiminin gələcəyi ilə bağlı da sərt proqnoz verərək, onun gec-tez süqut edəcəyini iddia edib. O bildirib ki, İsrail artıq sərhədlərindən kənarda təhlükəsizlik zonaları formalaşdırıb və bu addımlar ölkənin müdafiəsini daha da gücləndirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki