İranın Yunan-Roma güləşi üzrə milli komandasının keçmiş baş məşqçisi Məhəmməd Bena Azərbaycan Güləş Federasiyası ilə danışıqlardan sonra bu ölkənin komandasına rəhbərlik etmək barədə razılığa gəlib və tezliklə müqavilə imzalayacaq.
Xeberaz.info xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.
Xəbərin yayılmasından sonra bəzi media orqanları, xüsusən sosial media şəbəkəsində Məhəmməd Benaya qarşı kampaniya başladılıb, onun Azərbaycan millisinə rəhbərliyi tənqid olunub.
Qeyd edək ki, M.Bena 2012-ci il London Olimpiadasında İranın Yunan-Roma güləşi üzrə milli komandası ilə üç qızıl medal qazanıb.


























