image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-f35

İrandan F-35 etirafı: Yalan idi, bizi gözdən saldılar…

image-legitimaz-810x90

12 günlük müharibə zamanı İran Hava Hücumundan Müdafiə Qüvvələrinin F-35 təyyarələrini vurması barədə xəbər yalan idi və bunu yaymaqla bizi, ölkə televizyasını gözdən saldılar.

”Xeberaz.info” xəbər verir ki, bunu İran Radio və Televizya Şirkətinin sədri Peyman Cəbəli deyib.

“Bu barədə yalan məlumatı hərbi rəsmilərdən biri bizə verdi və bunun yayılması radio və televizyanın etibarına ağır zədə vurdu”, – o əlavə edib.

Cəbəli İran televizyasına baxanların sayının getdikcə azaldığını və aparılan rəy sorğularına görə, hazırda ölkə vətəndaşlarının 63%-nin dövlət televizyasına baxmadıqlarını bildirib.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurması zamanı İran mediası İsrailın F-35 qırıcılarının vurulduğunu və bir neçə pilotun əsir götürüldüyünü iddia etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki