image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-tramp-yenii

İrana qarşı misli görünməmiş iqtisadi müharibə elan edirəm!

image-legitimaz-810x90

ABŞ administrasiyası İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə və təcridə başlayır.

Xeberaz.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib.

“Heç kim İran İslam Respublikasına mənim qədər razılığa gəlmək üçün daha çox fürsət verməyib. Təəssüf ki, onlar bundan yararlana bilmədilər. Buna görə də bu gün mən indiyə qədər heç bir ölkəyə qarşı aparılmayan ən dağıdıcı iqtisadi əməliyyatı elan edirəm! Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq”, – Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ lideri daha əvvəl də İrana qarşı yeni və daha sərt sanksiyalar tətbiq oluna biləcəyini açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki