SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani hərbi əməliyyatlara rəhbərlik edir.
Xeberaz.info xəbər verir ki, bunu İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əli Sadiq deyib.
“İsmayıl Qaani ön cəbhədədir və hərbi əməliyyatlara şəxsən rəhbərlik edir. Bütün bu bəyanatlar düşmənin qüvvələrimizin və müttəfiqlərimizin əhval-ruhiyyəsini sarsıtmağa yönəlmiş psixoloji müharibəsinin bir hissəsidir. General Qaani sağ-salamatdır, o, təcavüzkarlara – ABŞ və sionist rejimə qarşı əməliyyatlara komandanlıq etməyə davam edir”, – səfir bildirib.
Qeyd edək ki, “Deyli Meyl” Qaaninin İsrailə casusluq ittihamı ilə gizlicə edam edildiyini yazmışdı.


























