Rusiya Pakistan və Əfqanıstan arasında vasitəçi qismində çıxış etməyə hazır olduğunu açıqlayıb.
Xeberaz.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və Xarici İşlər Nazirliyinin müşaviri Zamir Kabulov bildirib.
Onun sözlərinə görə, əgər hər iki tərəf belə bir müraciət edərsə, Moskva vasitəçilik missiyasını üzərinə götürməyə hazırdır.
Qeyd edilib ki, Rusiya Əfqanıstan və Pakistana sərhəd boyunca qarşılıqlı hücumları dərhal dayandırmağı və mövcud münaqişələri diplomatik danışıqlar yolu ilə həll etməyi tövsiyə edib.


























