image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-634706610_1460856188727488_8612320390660680248_n

İki ölkə arasında imzalanmış sənədlər

image-legitimaz-810x90

İki ölkə arasında imzalanmış sənədlər.

 

2026-cı il fevralın 15-də cənab Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər Azərbaycan–Serbiya əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu sənədlər iki ölkə arasında mövcud siyasi dialoqun möhkəm təməl üzərində qurulduğunu və əməkdaşlığın konkret istiqamətlər üzrə sistemli şəkildə genişləndirildiyini təsdiqləyir.

Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiya Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma”, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Serbiya Respublikasının İnformasiya və Telekommunikasiya Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Serbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində Anlaşma”, “Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma” Memorandumları imzalanıb.

İmzalanan razılaşmalar iqtisadi, enerji, infrastruktur, humanitar və mədəni və s. sahələri əhatə edir, eyni zamanda, siyasi dialoqun davamlılığını təmin edən mexanizmlərin təkmilləşdirilməsini nəzərdə tutur. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşviqi, hökumətlərarası komissiyaların fəaliyyətinin intensivləşdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın koordinasiyası iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Ümumilikdə, imzalanmış sənədlər Azərbaycan–Serbiya münasibətlərinin perspektivlərini aydın şəkildə müəyyənləşdirir. Bu sənədlər yalnız cari əməkdaşlığın genişləndirilməsi deyil, həm də uzunmüddətli strateji hədəflərin reallaşdırılması baxımından mühüm hüquqi və siyasi baza yaradır. Prezident İlham Əliyevin səfəri zamanı əldə olunmuş razılaşmalar qarşılıqlı etimadın və ortaq maraqların real nəticələrə çevrildiyini göstərir. Azərbaycan və Serbiya arasında formalaşan bu yeni dinamika gələcək əməkdaşlıq üçün geniş imkanlar açır və münasibətlərin strateji xarakterini daha da gücləndirir.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki