image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-rusiya-yangin

Həştərxanda dəhşət: 5 uşaq yanaraq öldü

image-legitimaz-810x90

Rusiyanın Həştərxan şəhərində fərdi evdə baş verən dəhşətli yanğında 4-11 yaş arası 5 uşaq ölüb.

Xeberaz.info xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, uşaqların ölümü ilə bağlı müstəntiqlər araşdırma aparır.

“Araşdırma zamanı müəyyən edilib ki, 2025-ci il aprelin 20-də gecə saat 2 radələrində Həştərxanın Kirov rayonu Olxovskaya küçəsindəki fərdi yaşayış evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra 4-11 yaşlarında olan 5 uşağın meyiti tapılıb”, – məlumatda deyilib.

Bildirilib ki, ölən 4 uşağın anası evdə olmayıb, 1 uşaq isə qonaq gəlibmiş.

Hadisə ilə bağlı araşdırma gedir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki