Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
”Xeberaz.info” xəbər verir ki, Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Nəsibə Nağıyevanın idarə etdiyi “Hunday” markalı, 77 HD 580 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü və nəvəsi 2018-ci il təvəllüdlü F.Məmmədli hadisə yerində dünyasını dəyişib.
Sürücünün nəvələri – 2016-cı il təvəllüdlü Ə.Məmmədli və 2021-ci il təvəllüdlü A.Məmmədli xəsarətlərlə Yevlax rayon xəstəxanasına çatdırılıb. Sürücünün qızı, 1990-cı il təvəllüdlü Ayşən Məmmədlinin yüngül xəsarət aldığı bildirilir.