image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-33d3d131f38371329a23f7739a97e584

General Çaykoya sui-qəsd: Federal agentin ölümü yeni suallar doğurdu

image-legitimaz-810x90

Moskvadakı Balzi Rossi restoranında baş vermiş partlayışla bağlı yeni iddialar ortaya atılıb. Müstəqil təsdiqini tapmayan məlumatlara görə, hadisə zamanı həlak olan “mühafizəçi” əslində Rusiyanın Federal Mühafizə Xidmətinin (FSO) əməkdaşı olub.

Xeberaz.info Rusiya mənbələrinə istinadən xəbər verir ki, may ayında Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin (VKS) baş komandanı təyin olunan general Aleksandr Çayko vəzifəyə təyinatını qeyd etməyi yubileyinə saxlayıb. Bildirilir ki, iyulun 27-də 55 yaşı tamam olan general həm yubileyini, həm də yeni vəzifəsini qeyd etmək üçün Balzi Rossi restoranını tam şəkildə icarəyə götürüb.

İddialara əsasən, tədbirin təşkili təxminən 9 milyon rubla başa gəlib və ödənişi bir qadın edib.

Mənbələrin yazdığına görə, tədbirə hərbçilər, Dövlət Dumasının deputatları, yüksək vəzifəli məmurlar və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları dəvət olunublar. Təhlükəsizliyin isə Federal Mühafizə Xidmətinin (FMX) əməkdaşları tərəfindən təmin edildiyi iddia olunur.

Nəşrlərin məlumatına görə, partlayış restoranda musiqi proqramı davam edərkən baş verib. Bildirilir ki, hadisədən bir neçə dəqiqə əvvəl sayrışan işıqları olan avtomobil restorana yaxınlaşıb. Elə həmin vaxt hədiyyə qutusu daşıyan qadın kuryer girişə doğru hərəkət edib.

İddialara görə, qadını FMX əməkdaşı saxlayıb və az sonra partlayış baş verib.

Mənbələrin iddiasına əsasən, partlayış nəticəsində kuryer qadın, onu saxlayan FSO əməkdaşı və şəxsiyyəti açıqlanmayan daha bir qonaq həlak olub. General Aleksandr Çaykonun isə sağ qaldığı bildirilir.

Astra saytının məlumatına görə, general Aleksandr Çaykonun yaxınları və ətrafı onun partlayışdan sonrakı vəziyyəti ilə bağlı şərh verməkdən imtina ediblər. Çaykonun 55 illik yubileyi münasibətilə keçirilən qapalı tədbirdə baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Moskva meri Sergey Sobyanin hadisəni “amansız terror aktı” adlandırıb.

Saytın və Rusiyanın Z-kanallarının iddiasına görə, hücumun hədəfi yubiley tədbirinə qatılan yüksək rütbəli Müdafiə Nazirliyi zabitləri, FTX əməkdaşları, məmurlar və deputatlar olub. Bildirilir ki, nə general Aleksandr Çayko, nə də hərbi müstəntiq kimi çalışan oğlu Yuri Çayko jurnalistlərin sorğularına cavab verib. Hadisə şahidləri və restoran əməkdaşlarının isə məxfilik öhdəliyi götürdükləri üçün açıqlama vermədikləri bildirilir.

Qeyd edək ki, Aleksandr Çayko daha əvvəl Rusiyanın Suriyadakı hərbi qruplaşmasına və 2022-ci ildə Kiyev istiqamətində hücuma komandanlıq edib. O, həmçinin Buçada mülki şəxslərin qətlə yetirilməsi ilə bağlı ittihamlara görə Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki