Gəncədə fəhlə işləyən şəxs qəfildən dünyasını dəyişib.
”Xeberaz.info” -nun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, şəhərdəki tikintidə fəhlə işləyən 1975-ci il təvəllüdlü Ş.Talıbovun iş vaxtı anidən halı pisləşib. İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, ölən şəxsin Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.