image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bolton

FTB Trampın keçmiş müşavirinin evində axtarışlara başladı

image-legitimaz-810x90

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları ABŞ prezidentinin keçmiş müşaviri Con Boltonun evində axtarışlar aparıb.

”Xeberaz.info” xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti Tramp administrasiyasındakı rəsmiyə istinadla yayıb.

“FTB agentləri yüksək səviyyəli milli təhlükəsizlik araşdırması çərçivəsində cümə günü səhər Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun Kolumbiya dairəsindəki evində axtarışlar aparıb”, – məlumatda qeyd olunub.

Məlumata görə, axtarış FTB direktoru Keş Patelin göstərişi ilə həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki