image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-eshqi-bagirov

Eşqi Bağırov daha bir direktoru işdən çıxardı

image-legitimaz-810x90

Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Anar İmanov yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Xeberaz.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb.

Bildirilib ki, daxil olmuş vətəndaş müraciəti əsasında Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbində araşdırma aparılıb.

Araşdırma nəticəsində məktəbin direktoru Anar İmanovun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirmədiyi, təhsilverənlərin etik davranış qaydalarını, eyni zamanda mövcud təlimatların tələblərini pozduğu, bununla yanaşı, təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamınin pozulduğu aşkar edilib.

Aşkar edilmiş nöqsanlara görə, A.İmanovla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.

Qeyd edək ki, daha əvvəl Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov da işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki