Xəbər verdiyimiz kimi, Ermənistanda yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə üst-üstə düşür) parlament seçkilərində səsvermə başlayıb.
Xeberaz.info xəbər verir ki, rəsmi məlumatlara əsasən, cari seçkilərdə səsvermə hüququndan istifadə edən vətəndaşların sayı son illərin analoji dövrü ilə müqayisədə nəzərəçarpan dərəcədə artıb.
Məlumata görə, saat 14:00 rəsmi hesabatına əsasən seçki məntəqələrinə gələn vətəndaşların statistikası illər üzrə aşağıdakı kimi dəyişib:
-
2026-cı il: 847 226 nəfər (33,84%)
-
2021-ci il: 695 628 nəfər (26,81%)
-
2018-ci il: 636 055 nəfər (24,52%)
-
2017-ci il: 865 887 nəfər (33,45%)
Bildirilir ki, bu il qeydə alınan seçici fəallığı həm 2021-ci ilin növbədənkənar, həm də 2018-ci ilin seçkilərini üstələyib və demək olar ki, rekord göstəricinin qeydə alındığı 2017-ci il seçkilərinin səviyyəsinə yaxınlaşıb.
Qeyd edək ki, ölkədə səsvermə saat 20:00-da başa çatacaq. Bu seçkilərin nəticələri Ermənistanın yeni baş nazirini də müəyyənləşdirəcək.
Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə – iki blok və 16 partiya iştirak edir. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.


























