image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-marqara-kendi

Ermənistan-Türkiyə sərhədi sabah açılacaq

image-legitimaz-810x90

Ermənistan hökuməti bu gün Türkiyə ərazisi vasitəsilə Livana humanitar yardım göndərmək barədə qərar qəbul edib.

Xeberaz.info Teleqraf-a istinadla xəbər verir ki, Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi humanitar yüklərin daşınması üçün 12-22 iyun tarixlərində açılacaq.

Bildirilib ki, İsrailin hücumlarından zərər çəkmiş erməni icmasının nümayəndələri də daxil olmaqla, Livan sakinlərinə humanitar yardım göstərmək qərarı verilib.

Xatırladaq ki, ötən il Türkiyə Ermənistandan Suriyaya humanitar yüklərin çatdırılması üçün sərhəd-keçid məntəqəsini açmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki