Ermənistanda tomat pastasının idxalına, o cümlədən Aİİ-yə üzv ölkələrdən gətirilən məhsullara altı aylıq qadağa tətbiq olunub.
Xeberaz.info xəbər verir ki, müvafiq qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.
“Bu qərarın nəticəsində yerli istehsal olunan tomat pastasının satış həcmləri artacaq, pomidora tələbat yüksələcək və emal üçün nəzərdə tutulan məhsulun tam şəkildə satın alınması təmin ediləcək”, – qərarda deyilib.
Bildirilib ki, Ermənistan mənşəli karantin məhsullarının Rusiyaya ixracı və tranzitinə tətbiq edilən məhdudiyyətlər səbəbindən meyvə-tərəvəz məhsullarının, o cümlədən istixana pomidorlarının ixrac həcmi azalıb:
“İxrac olunmalı istixana pomidorlarının əhəmiyyətli hissəsi hazırda yerli bazarda satılır. Bu isə açıq sahədə yetişdirilən pomidorlara tələbatın azalmasına və daxili bazarda rəqabətin güclənməsinə səbəb olub”.


























