Mərkəzi Aran Regional Təhsil İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində iştirak edəcək şagirdlərlə görüş keçirilib.
Xeberaz.info xəbər verir ki, görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, İdarənin əməkdaşları, şagirdlər və onların müəllimləri iştirak edib.
Tədbirdə çıxış edən İdarənin müdir müavini Cavad Cavadov ilk olaraq müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, təhsil sahəsinin cəmiyyətdə rolunu və əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Daha sonra Cavad Cavadov “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində iştirak edəcək şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb.
“Ən yaxşı təqdimat” müsabiqəsi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilir.
Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində Mərkəzi Aran RTİ-nin 1 şəhər və 6 rayon üzrə ümumi təhsil müəssisələrində təhsilalan 8 nəfər şagird iştirak etmək hüququ qazanıb.


























