image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17840091474096044390_1200x630

Əminəm ki, bundan sonra da münasibətlər uğurla inkişaf edəcək

image-legitimaz-810x90

Əminəm ki, bundan sonra da münasibətlər uğurla inkişaf edəcək

 

Azərbaycan ilə Slovakiya arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, ticarət, investisiya, humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət baxımından əhəmiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçıları və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, imzalanan əməkdaşlıq sənədləri və həyata keçirilən birgə layihələr göstərir ki, iki ölkə arasında münasibətlər strateji məzmun qazanmaqla yanaşı, uzunmüddətli tərəfdaşlıq xarakteri daşıyır. Xüsusilə Slovakiya Prezidenti Peter Pelleqrininin 2026-cı ilin iyul ayında Azərbaycana rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlər ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə yüksəldiyini nümayiş etdirdi. Görüşlər zamanı enerji, sənaye, müdafiə sənayesi, nəqliyyat-logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılıqlar əldə olundu. Bu istiqamətlər gələcək əməkdaşlığın dayanıqlı əsaslarını formalaşdırır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi çıxış edir. Slovakiya isə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql edilən enerji resurslarının əhəmiyyətini yüksək qiymətləndirir və enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycanla əməkdaşlığı strateji əhəmiyyət daşıyan amillərdən biri hesab edir. Bununla yanaşı, Orta Dəhlizin inkişafı, Xəzər-Qara dəniz marşrutu üzrə yükdaşımaların artırılması və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya layihələri iki ölkənin iqtisadi maraqlarının daha da yaxınlaşmasına xidmət edir. İkitərəfli münasibətlərin perspektivləri yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Təhsil, elm, mədəniyyət, turizm və humanitar əməkdaşlıq istiqamətlərində əlaqələrin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, dövlətlərarası münasibətlərin sosial əsaslarının güclənməsinə xidmət edir. Eyni zamanda, Slovakiya şirkətlərinin Azərbaycanın həyata keçirdiyi iri infrastruktur layihələrinə və Qarabağda aparılan bərpa-quruculuq prosesinə maraq göstərməsi əməkdaşlığın gələcək inkişaf potensialını daha da artırır. Azərbaycan ilə Slovakiya arasında münasibətlər möhkəm siyasi iradəyə, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanır. Mövcud dinamika, yüksək səviyyəli siyasi dialoq və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi deməyə əsas verir ki, qarşıdakı dövrdə də iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edəcək, regional sabitliyə, Avropanın enerji təhlükəsizliyinə və qarşılıqlı iqtisadi rifahın təmin olunmasına mühüm töhfələr verməyə davam edəcək.

 

Zərdab rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi.  Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki