image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-mk-macaristan

Dost ölkələr, strateji tərəfdaşlar

image-legitimaz-810x90

Dost ölkələr, strateji tərəfdaşlar.

Azərbaycan və Macarıstan əlaqələri bu gündə uğurla inkişaf etməkdədir. Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir. Bu, yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində strateji tərəfdaşlığın dərinləşməsini nəzərdə tutur. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dioloq mövcuddur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən  ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. 1992-ci ildən etibarən qurulan Azərbaycan-Macarıstan diplomatik əlaqələri sonilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. 2014-cü ildə imzalanan strateji tərəfdaşlığa dair birgə bəyannamə rol oynayır. Bu proses 2023-cü ilin yanvarında imzalanan genişləndirilmiş strateji tərəfdaşlığa dair birgə bəyannamə ilə daha da güclənib və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Bu gün dost ölkələr və strateji tərəfdaşlar olan Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir: “İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Hər iki ölkə bu gün həm də qlobal layihələrin mərkəzi aktorları kimi mühüm əhəmiyyət kəsb edirlər. Bu mənada Azərbaycan-Macarıstan dostluq əlaqələri həm ölkələrimiz, həm də Avrasiya üçün çox böyük önəm daşıyır”. Azərbaycanla Macarıstan arasında energetika sahəsində uğurlu əməkdaşlıq mövcuddur: “Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Gələn ilin əvvəlində isə növbəti kontrakt imzalanacaq ki, bununla da Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Onu da əlavə etmək lazımdır ki, bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqı üzvüdür. Həmin ölkələrdən biri də məhz Macarıstandır. Bu gün artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazının Bolqarıstana, Rumıniyaya, Macarıstana və digər Avropa ölkələrinə çatdırılma reallığı mövcuddur. Məhz bu konteksdə qiymətləndirmə aparılsa, o zaman bir fakt da bəlli olur ki, Azərbaycan-Macarıstan münasibətləri həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Azərbaycan eyni zamanda Macarıstanla yaşıl enerji üzrə də fəal işləyir”. Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında dediyi kimi, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır və Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir. “Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq”,-deyə dövlətimizin başçısı vurğulayıb.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

Dost ölkələr, strateji tərəfdaşlar

Bəzi ölkələr sərhəd olmasalarda, eyni coğrafi mövqedə, regionda yer almasalarda bir çox oxşar xüsusiyyətlərlə, mövqelərlə sahib olurlar. Azərbaycan və Macarıstan belə oxşar xüsusiyyətlərə malik çox az sayda ölkələrdəndir. Məsələn hər iki ölkənin açıq dənizə çıxışı yoxdur. Eyni zamanda hər iki ölkəni tarixi kökləri birləşdirir. Əlavə olaraq qeyd etmək olar ki, hər iki ölkənin əhali sayı eynidir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda bu oxşarlıqlara diqqət ayıraraq öz çıxışında vurğuladı ki, bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeylərimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada  gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.

Ümumiyyətlə bütün məsələlərdə Macarıstan hər zaman ölkəmizin mövqeyindən çıxış edərək dost və tərəfdaş ölkə olduğunu sübut etmişdir. Macarıstan Respublikası ölkəmizin müstəqilliyini 1991-ci il 26 dekabr tarixində tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin aprel ayının 27-dən başlamışdır. 2009-cu ilin 12 yanvar tarixində Azərbaycanda səfirliyi açılmış Macarıstan Respublikası ilə 2014-cü il noyabr ayının 11-də strateji tərəfdaşlıq haqqında saziş imzalandı. Əsas razlaşma ilə yanaşı, Bakı və Budapeşt arasında yenidən birbaşa uçuşların başladılması haqqında aviasiya sənədi, 200 Azərbaycanlı tələbə üçün təqaüd proqramı, idman, gənclər və turizmə aid digər bütün razılaşmalar bu ərəfələrdə imzalandı. Ümumiyyətlə iki ölkə arasında incəsənət, idman, xeyriyyə, təhsil, iqtisadi əlaqələr hər zaman mövcud olmuşdur. Macarıstan şirkətləri ölkəmizin əsas iki neft və qaz layihəsində pay sahibidirlər. Bu layihələr “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələridir. Növbəti illərdə Macarıstan ilə neft-qaz sahəsində yeni sazişlərin imzalanması gözlənilir. Macarıstan dini baxımdan xristian ölkə olsada öz etnik tarixini unutmur. Məhz bu baxımdan qədim Türklərin soyundan olan macarlar Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün növbəti dəfə təşkil olunmasını həyata keçirəcəkdir. Eyni zamanda vurğulamaq yerinə düşərdi ki, Macarıstan Respublikası ölkəmiz kimi müstəqil siyasət həyata keçirən az sayda ölkələrdəndir. Xüsusilə Avropa İttifaqı çərçivəsində Macarıstanın müstəqil siyasət aparması digər ölkələrə nümunə ola bilər, çünki təşkilat içində müstəqil siyasət həyata keçirmək yüksək iradə, xüsusi siyasi kurs tələb edir. Macarıstan il ölkəmiz arasında əlaqələr öz əhatə dairəsini genişləndirərək yüksələn xətt ilə davam edir. Bu əlaqələrin genişlənməsi hər iki ölkənin iqtisadiyyatına öz müsbət töhvəsini verəcəkdir.

Elvin Xəlilov H. Zərdabi adına Əlvənd kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki