Rusiya Dövlət Dumasının deputatı Vitaliy Milonovun qardaşı Aleksandr Milonov Ukraynada aparılan hərbi əməliyyatlar zamanı həyatını itirib.
”Xeberaz.info” xəbər verir ki, bu barədə məlumatı “Baza” teleqram kanalı yayıb.
Aleksandr Milonov 3-cü ümumqoşun ordusunun kəşfiyyat bölməsində könüllü olaraq xidmət edirdi. O, əməliyyat zamanı yaralanaraq hospitala yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, aldığı ağır xəsarətlər səbəbilə vəfat edib.
Onun dəfn mərasimi bu gün baş tutub.
