image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1743052063-bicaq

Daşkəsəndə baş verən qətlin bəzi detalları məlum olub

image-legitimaz-810x90

Daşkəsəndə baş verən qətlin bəzi detalları məlum olub.

”Xeberaz.info”-nun məlumatına görə, hadisə söyüş üstündə olub. Belə ki, hər iki şəxsin arasında əvvəlcə mübahisə düşüb. Mübahisə zamanı bıçaqlanaraq qətlə yetirilən İlkin Məmmədov hadisəni törədən  Elçin İsmayılovun ünvanına nalaiq ifadələr işlədib. Bundan qəzəblənən E.İsmayılov əsəblərini cilovlaya bilməyərək İ.Məmmədova bir neçə bıçaq zərbəsi vurub. Bıçaq xəsarəti alan şəxs xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, hər iki şəxs dost olub. Onların  rayonun Xoşbulaq kəndində evləri var. Onlar ötən gün sözügedən kəndə istirahətə gediblər. Kənddə  yeyib içdikdən sonra aralarında mübahisə düşüb. Elə hadisədə bundan sonra baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki