image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1761130668_22

Daha bir “TikTok”er həbs olundu

image-legitimaz-810x90

Oktyabrın 21-də Zərdab rayonunun Əlicanlı kəndindən daxil olmuş vətəndaş müraciəti ilə əlaqədar polis əməkdaşları həmin ünvanda olublar, müraciət üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüblər.

Xeberaz.info xəbər verir ki, müraciət üzrə araşdırma və izahatların alınması zamanı kənd sakini, özünü fəal TikToker kimi təqdim edən Laçın Əsədov tərəfindən əsassız ittihamlar və tələblər irəli sürülərək xidməti fəaliyyətə qəsdən maneə yaradılıb. O, intizama dəvət edilsə də öz fəaliyyətini davam etdirib.

Buna görə L.Əsədov barəsində inzibati protokol tərtib edilib və müvafiq qərarla o, inzibati qaydada həbs olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki