Danimarka Amerikanın “Patriot” raketdən müdafiə sistemlərinin Ukraynaya tədarükünü maliyyələşdirməyə hazırdır.
”Xeberaz.info” xarici agentliklərə istinadən xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Brüsseldə həmkarları ilə görüşdən əvvəl deyib.
“Biz “Patriot” kimi sistemlərə malik deyilik. Əgər onların tədarük edilməsinə qərar verilsə və biz buna tamamilə hazırıqsa, bu, maliyyələşdirmə olacaq. Biz təfərrüatları işləməliyik: bu, Ukraynanın alqı-satqısı və ya ABŞ-a birbaşa ödəniş ola bilər. Ən əsası odur ki, Amerika bu zəruri silahları tədarük etməyə hazırdır”, – o bildirib.
Son üç il ərzində Danimarka Kiyevə təxminən 9 milyard avro hərbi və 867 milyon avro mülki yardım göndərib.