image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

COP29 ölkədə ilin tədbiri oldu

image-legitimaz-810x90

COP29 ölkədə ilin tədbiri oldu.

Azərbaycan dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla evsahibliyi etdi. Doğrudur, respublikamız ötən illər ərzində mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi məkan olmuşdu.  Hər dəfə də yüksək səviyyədə təşkilatçılığı, evsahibliyi xoş təəssüratlarla yadda qalmışdı. Bu sahədə zəngin təcrübə əldə edən respublikamız bu dəfə həm miqyasına, həm də qlobal əhəmiyyətinə görə dünyanın ən mötəbər iqlim tədbirinə ev sahibi seçilmişdi. Bu, ölkəmizin növbəti uğuru oldu.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə keçirildi. Ölkəmizin paytaxtında keçirilən COP29 yüksək təşkilatçılıqla yanaşı, əldə olunan müsbət nəticələr baxımından ən uğurlu COP-lardan biri oldu. 196 ölkədən 76 mindən çox iştirakçının qatıldığı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iqlim danışıqları üzrə tarixi nəticələrin əldə edilməsi, qlobal əhəmiyyətli təşəbbüslərin dəstəklənməsi böyük nailiyyətlərdir. İnkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik – Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında qəbul edilən ən əhəmiyyətli qərarlardandır.  Qeyd edək ki, COP29-a qədər bu məbləğ 100 milyard dollar həcmində idi.  Bakı Maliyyə Məqsədi inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyən etdi. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekun nəticələrindən biri də Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul edilməsidir. Qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, həmçinin inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsini əhatə edir. COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platforması qərarda əksini tapıb. Bu qərarda COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində həyata keçirdiyi tədbirlər, eyni zamanda iqlim şəffaflığına həsr olunmuş bir sıra forumlar və qabiliyyət quruculuğu təlimlərinin təşkili, COP29-un iqlim şəffaflığı sahəsində əsas irsi olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması tərəfdaş dövlətlər tərəfindən alqışlanıb.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki