Cənubi Qafqazda yaranmış yeni reallıqlar qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi ilə xarakterizə olunur
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev-in Gürcüstan-a səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bu səfər, eyni zamanda, regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan ilə Gürcüstan arasında əlaqələr qədim tarixə söykənir. Dövlət başçısının da vurğuladığı kimi, əsrlər boyu hər iki xalq mehriban qonşuluq və dostluq şəraitində yaşamış, bu ənənələr bu gün də uğurla davam etdirilir. Bu möhkəm təməl üzərində qurulan münasibətlər hazırda regionun ən etibarlı tərəfdaşlıq modellərindən biri hesab olunur. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlar bu əməkdaşlığın əsas prinsiplərini təşkil edir və ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.
Azərbaycan sərmayədarlarının Gürcüstan iqtisadiyyatına artan marağı diqqətəlayiqdir. Bu günədək yatırılmış 3,7 milyard dollardan artıq investisiya iqtisadi əməkdaşlığın real göstəricisidir. Ticarət dövriyyəsinin artması və yaxın perspektivdə 1 milyard dollar səviyyəsinə çatması ehtimalı isə əlaqələrin daha da genişlənəcəyindən xəbər verir.
Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birinə dəstək göstərir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipləri Azərbaycan və Gürcüstan üçün dəyişməz mövqedir. Bu yanaşma regionda sabitliyin möhkəmlənməsinə və beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasına töhfə verir. Qarşılıqlı dəstək çoxtərəfli platformalarda birgə təşəbbüslərin irəli sürülməsinə və mövqelərin uzlaşdırılmasına geniş imkan yaradır.
. Bu kontekstdə iqtisadi əlaqələrin inkişafı, xüsusilə ticarət və investisiya sahələrinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Gürcüstanın tranzit və nəqliyyat sahəsindəki rolu isə bu əməkdaşlıqda xüsusi yer tutur. Bu amil region ölkələri arasında əlaqələrin inkişafına və Cənubi Qafqaz-ın beynəlxalq ticarət sistemində mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Enerji sahəsində əməkdaşlıq iki ölkə arasında əlaqələrin əsas istiqamətlərindən biridir. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu prosesdə Gürcüstan əsas tranzit ölkə kimi çıxış edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi iri layihələr regionun enerji xəritəsini dəyişdirən mühüm təşəbbüslərdir. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və geostrateji baxımdan böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Orta Dəhliz layihəsi nəqliyyat-logistika sahəsində əməkdaşlığı yeni mərhələyə yüksəldir və Şərq ilə Qərb arasında mühüm körpü rolunu oynayır.
Səfər çərçivəsində diqqət çəkən əsas məqamlardan biri də əməkdaşlıq gündəliyinin getdikcə genişlənməsidir. Yeni investisiya layihələri, üçüncü ölkələrdə birgə fəaliyyət imkanları və müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi gələcək üçün geniş perspektivlər açır. Bu əməkdaşlıq modeli region ölkələri üçün də nümunə hesab oluna bilər.
Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyi fikirlər bir daha göstərir ki, iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır və gələcəyə hesablanıb. Mövcud siyasi iradə, iqtisadi əməkdaşlıq və ortaq maraqlar fonunda bu əlaqələrin daha da möhkəmlənəcəyi və yeni inkişaf mərhələsinə qədəm qoyacağı gözləniləndir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc





















