image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-529157187_1310136933799415_5838569492132026011_n

Cənab Trampla ilk görüşümüz çox xoş və nəticəyönümlü keçdi

image-legitimaz-810x90

Cənab Trampla ilk görüşümüz çox xoş və nəticəyönümlü keçdi.

Cənab Prezident İlham Əliyevin avqustun 7-8-də Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri Cənubi Qafqazda uzunmüddətli sülhə, sabitliyə aparan yolun başlanğıcını qoydu. Regionun lider ölkəsi olan Azərbaycan rəhbərinin dünyanın ən güclü dövləti ABŞ-nin Prezidentinin dəvəti ilə gerçəkləşən və beynəlxalq ictimaiyyətin, medianın nəticələrini diqqətlə izlədiyi, yerli və əcnəbi siyasi ekspertlərin sülhlə bağlı böyük gözləntilərinin olduğu bu vacib səfəri əldə edilən tarixi nailiyyətlər baxımından olduqca zəngin keçdi.

Ölkəsinin ərazi bütövlüyünü, suverenliyini təmin edən qalib lider eyni zamanda sülh təşəbbüskarının müəllifi kimi Vaşinqtona səfər edən Prezident İlham Əliyev tarixi sammitdə Azərbaycana həm də qürurlu diplomatiya qələbəsi bəxş etdi. Yürütdüyü qətiyyətli və uzaqgörən siyasət sayəsində ölkəmizi bütövləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi çevik, zamanın çağırışlarına cavab verən diplomatik siyasətinin nəticəsidir ki, avqustun 8-də Vaşinqton sülh sammitində imzalanan Birgə Bəyannamə məhz Azərbaycanın milli maraqlarının təmini əsasında formalaşdırıldı.

Səfər zamanı cənab Prezident İlham Əliyev qeyd etdi ki, “Mən cənab Trampla əvvəlki prezidentlik müddətində tanış olmuşam. Bu altı ay ərzində də, əlbəttə ki, mənim barəmdə öz komandası ilə tanış idi və bizim münasibətimiz həmişə müsbət olub. Keçən il biz onu dəstəklədik, bu, doğrudur. Yəni, bu insan Azərbaycan xalqı kimi ailə dəyərlərinə sadiqdir. Bu gün mətbuat konfransında dediyim kimi, bu altı ay ərzində o, Asiyada, Afrikada, Cənubi Qafqazda mümkünsüz görünən işləri gördü və sübut etdi ki, bu şəxs məhz real nəticələrə nail olur”.

Bir sözlə, Müzəffər Ali Baş Komandan kimi müharibədə qələbə çalaraq tarixi ədaləti təmin edən Prezident İlham Əliyev dünyada əmin-amanlığın və barışın tərəfdarı olaraq sülhü də qazandı.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki