image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1751655060_7fdb064e41252aeb36d7f240e376b756

Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

image-legitimaz-810x90

Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.

2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü yalnız Azərbaycanın diplomatik gündəliyi baxımından deyil, həm də regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi tarixə düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq təşkil edilən ECO Həftəsi çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu kimi mühüm tədbirlərin keçirilməsi, regionda post-münaqişə dövrünün reallıqları fonunda sosial-iqtisadi diplomatiyanın effektiv nümunəsidir. Bu forumlar vasitəsilə təkcə siyasi gündəm deyil, həm də sahibkarlıq, gənclərin təşəbbüskarlığı və qadınların müxtəlif sahələrdə rolunun gücləndirilməsi kimi mövzular da regional əməkdaşlığın əsas predmetləri olaraq önə çıxarıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbir çərçivəsində etdiyi çıxışında həm, dövlətimizin beynəlxalq müstəvidə artan rolunudan, həm də postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən bəhs etdi. Zirvə görüşünün məhz Xankəndi şəhərində – Ermənistanın illərlə işğal altında saxladığı, bu gün artıq azad olan Azərbaycan torpağında keçirilməsi, həm siyasi simvolizm, həm də real güc balansı baxımından ciddi mesajdır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın suverenlik hüququnu, regional sabitlik və əməkdaşlıq təşəbbüslərini, enerji və nəqliyyat strategiyalarını, humanitar siyasətini və ekoloji diplomatiyasını əsaslı şəkildə təqdim edərək, həm ECO məkanında, həm də beynəlxalq ictimaiyyət qarşısında ölkəmizin prinsipial və inkişafa  yönəlik mövqeyini ortaya qoydu. İlham Əliyevin Xankəndidəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız hərbi və siyasi baxımdan deyil, həm də iqtisadi, diplomatik və iqlim gündəliyi baxımından Cənubi Qafqaz və daha geniş coğrafiya üçün strateji liderdir. Cənab Prezidentin nitqi həm keçmişin dərsləri, həm bugünün nailiyyətləri, həm də gələcəyin hədəfləri arasında qurulan məntiqli və strateji körpü idi. Dövlət başçısının “Qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” ifadəsi ilə başladığı çıxış, regionun statusu və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aydın və prinsipial mövqeyin təkrarı idi. Bundan əvvəl Şuşada, Laçında və digər azad edilmiş ərazilərdə keçirilmiş beynəlxalq tədbirlərin ardıcıl davamı olaraq ECO Zirvəsinin Xankəndidə təşkili, həm də Ermənistanın iddialarına cavab olaraq, Azərbaycanın suverenliyinin əyani təsdiqi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev çıxışında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa-quruculuq işlərini beynəlxalq ictimaiyyətə təqdim etməklə Azərbaycanın müharibədən sonrakı uğurlu reabilitasiya modelini nümayiş etdirdi. Dövlət başçısının sözləri ilə desək, 30 ilə yaxın davam edən Ermənistan işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlının doğma yurdundan didərgin salınması, dini və mədəni abidələrin məhv edilməsi, şəhərlərin və kəndlərin xarabazara çevrilməsi insanlıq əleyhinə törədilmiş cinayətlərin təzahürüdür. Xankəndidə keçirilən ECO Zirvə görüşü regionun gələcəyinə dair strateji konturların müəyyən olunduğu, Azərbaycanın isə bu proseslərin mərkəzində dayandığı bir platforma kimi tarixə düşdü.Xankəndidə bu səviyyədə ilk beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün birmənalı şəkildə tanındığını, azad olunmuş ərazilərin regionun inteqrasiya proseslərində fəal rol oynamağa başladığını sübut etdi.

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki