image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-528125510_1310012653811843_6183951923086856325_n

Bu gün Azərbaycan xalqının yaddaşına həkk olunacaq

image-legitimaz-810x90

Bu gün Azərbaycan xalqının yaddaşına həkk olunacaq.

 2025-ci ilin avqustun 8-də Vaşinqtondakı Ağ Ev tarixə düşəcək bir hadisəyə şahidlik etdi. ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyacaq sülh bəyannaməsini imzaladılar. Bu sənəd yalnız iki ölkə arasında düşmənçiliyə nöqtə qoymaqla kifayətlənmir, həm də Cənubi Qafqazda yeni əməkdaşlıq dövrünün başlanğıcını müjdələyir. Bu gün imzalanan razılaşma yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün sabitlik və inkişafın yeni bir səhifəsini açır. Sülhün gətirdiyi imkanlar iqtisadi əməkdaşlıq, regional bağlantılar və xalqlar arasında qarşılıqlı etimadın bərqərar olması baxımından misilsiz əhəmiyyət daşımaqdadır. Bu hadisə sadəcə siyasi bir razılaşma deyil, həm də regionun gələcək onilliklərini formalaşdıracaq strateji bir addımdır. Əgər tərəflər bu razılaşmanı səmimiyyətlə və ardıcıllıqla icra edərsə, Cənubi Qafqaz dünyanın ən mühüm sülh və əməkdaşlıq mərkəzlərindən birinə çevrilə bilmə potensialındadır.

1992-ci ildə, – Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra, – bizə tətbiq olunan məhdudiyyət 33 ildən sonra ləğv edilib. Bu gün bu baş tutdu. Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına həkk olunacaq. Böyük şərəf və təşəkkür hissi ilə bu gün fikirlərimizi bölüşürük ki, Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub. Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı; Bu düzəlişin ləğvi Azərbaycan üçün yalnız strateji və siyasi əhəmiyyət daşımır, eyni zamanda iqtisadi aspektdən də vacib hesab olunur. Bu addım ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımlarının həcmini artıracaq. 2024-cü ildə Azərbaycan ABŞ-dən cəmi 20 milyon dollar yardım alıb. Həmin il Ermənistan 92 milyon dollar, Gürcüstan isə 180 milyon dollarlıq Vaşinqton yardımından faydalana bilib. Göründüyü kimi, ötən il Azərbaycanla müqayisədə Ermənistana 4.6 dəfə, Gürcüstana isə 9 dəfə çox ABŞ yardımı ayrılıb. 2024-cü ildə Ukrayna ABŞ-dən ən çox yardım alan dövlət olub. Rusiya ilə müharibə aparan ölkəyə il ərzində 16.4 milyard dollar ayrılıb. Efopiya, İordaniya, Somali və Konqo daha çox yardım alan ilk beşliyi tamamlayıblar. Azərbaycanın da artıq ABŞ yardımlarından daha böyük həcmdə faydalanacağı gözlənilir. Bu fərqli sektorlarda Vaşinqton yardımından istifadə imkanları deməkdir. Aydındır ki, bu, artıq iki ölkə arasında münasibətlərin strateji xətt üzrə inkişaf etdiyindən xəbər verir. Eyni zamanda, düzəlişin ləğvi Azərbaycana ABŞ-dən daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq. Özəl şirkətlər də aktiv şəkildə sərmayə qoyuluşlarında maraqlı olacaqlar. Bu addım qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq və Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdən, düzəlişin ləğvi fonunda ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Birləşmiş Ştatlar texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, Vaşinqtonun iqtisadi fəallığı deməkdir. Bütün bunlar ondan xəbər verir ki, 907-ci düzəlişin ləğvi Azərbaycan və ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiq etməklə yanaşı, ölkəmizdə dayanıqlı iqtisadi inkişafa töhvə verəcək

.

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Alidə Bünyatova.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki