image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-529953040_1310012527145189_4516217101199414029_n

Bu gün Azərbaycan təbii qazını NATO-nun 10 üzvünə, ABŞ-ın 10 müttəfiqinə ixrac edir

image-legitimaz-810x90

Bu gün Azərbaycan təbii qazını NATO-nun 10 üzvünə, ABŞ-ın 10 müttəfiqinə ixrac edir.

 Azərbaycanın yeni neft strategiyası çərçivəsində həyata keçirilən layihələr beynəlxalq aləmdə dövlətimizi sabit və etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu strategiyanın təməlində 1994-cü il sentyabrın 21-də dünyanın tanınmış neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” dayanır. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu strategiyada artıq yeni zaman – Azərbaycanın zəngin təbii qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması dövrü gəlib çatmışdır. Bu gün Azərbaycanın nefti və qazı 7 kəmər vasitəsilə müxtəlif ölkələrə ixrac olunur. Azərbaycandan Avropaya qaz nəqli 2020-ci ilin son günündə başlanıb. Həmin vaxtdan bəri Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) Avropaya kommersiya məqsədli qaz nəql edilir. Bu kəmərin işə düşməsi ilə Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını Avropa bazarına birbaşa borularla çıxarmağa nail olub. Boru kəməri vasitəsilə qaz çatdırılmasında isə biz 14 ölkəni əhatə edirik. Bu baxımdan, Azərbaycan dünyada aparıcı ölkələrdən biridir. Yaxınlarda Suriyaya təbii qaz ixracına başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna da daxil olduq və Avropada, eləcə də Yaxın Şərqdə coğrafiyamızı genişləndirəcəyik. Lakin bu, gələcək gündəliyimizin yalnız bir hissəsidir. ABŞ-la süni intellekt, rəqəmsal transformasiya sahələrində də sıx əməkdaşlıq etmək üçün böyük ümidlər var. Burada səfərim çərçivəsində komandamızın üzvləri ilə Amerika şirkətləri arasında ilkin təmaslar baş tutdu və gələcəkdə daha çox əməkdaşlıq olacaq.

Bu gün həqiqətən də bütün aspektlərdən — təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik. Azərbaycan Suriyaya təbii qaz tədarükünə başlamaqla enerji diplomatiyasının genişləndirilməsi istiqamətində mühüm addım atıb.

Suriya Azərbaycandan müxtəlif boru kəmərləri vasitəsilə təbii qaz alan 14-cü ölkədir. Bu, Azərbaycanı artan qlobal enerji təchizatçısı edir. İqtisadiyyatın normallaşması üçün etibarlı enerji təchizatı həlledici əhəmiyyət kəsb edir. Azərbaycan qazı elektrik enerjisinin daha stabil istehsalını təmin edəcək və milyonlarla insanın tələbatını ödəyəcək. Avropa dövlətlərinin və Azərbaycanın qazın şaxələndirilmiş yollarla nəqli barədə mövqeləri üst-üstə düşür, artıq bu istiqamətdə iddialı layihələr də mövcuddur. Bütün bu layihələr Xəzər qazının, xüsusən də Azərbaycanda hasil olunacaq “mavi yanacağ”ın dünya bazarlarına nəqlini nəzərdə tutur. Azərbaycan necə ki, neftin dünya bazarlarına çıxarılmasında önəmli və etibarlı tərəfdaş statusunu qazanmışdırsa, artıq yeni dövrdə qaz sahəsində də o statusu qazanmaqdadır. Bəli, bütün proseslər Azərbaycanda hasil olunacaq qazın Avropaya çatdırılması istiqamətində gedir. Artıq əminliklə demək olar ki, yaxın gələcəkdə Avropa Azərbaycan qazı ilə isinəcəkdir. Bu isə, Azərbaycana əlavə üstünlüklər qazandıracaqdır.

 

Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Vəfa Quliyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki