image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1755868106-576cb0e4-0080-4f5f-9eac-4270c71a9067

Boya zavodundakı yanğında 6 nəfər tüstüdən zəhərlənib

image-legitimaz-810x90

22.08.2025-ci il tarixində saat 11:00 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə “Xeberaz.info” – nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış əsasında 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 6 nəfər (kişi cinsli) tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar, 1 nəfərə (kişi cinsli) sağ əlin yanığı, 1 nəfərə isə (kişi cinsli) özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki