Abşeron rayonunda avtomobilin yanması nəticəsində bir nəfər ölüb.
”Xeberaz.info” xəbər verir ki, hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, BMV markalı minik avtomobili anidən alovlanıb.
Nəticədə nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.
Aparılan tibbi müdaxilələrə baxmayaraq Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi davam etdirilir.
Hadisənin baş vermə səbəbi araşdırılır


























