image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1751469982_13

Biz ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq

image-legitimaz-810x90

Biz ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq.

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməli üzərində qurulub. İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi” sənədi xüsusilə seçilir. Ən mühüm mərhələlərdən biri isə 2024-cü ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində imzalanmış Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqavilə olmuşdur. Sənəd aprelin 30-da Özbəkistan parlamenti tərəfindən ratifikasiya olunaraq, münasibətlərə hüquqi-müttəfiqlik statusu vermişdir.

Hazırda münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulmuşdur. 1970-ci illərdə Azərbaycanın rəhbəri Ulu Öndər Heydər Əliyev və Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir. Ulu öndər Heydər Əliyev özbək xalqına daim xüsusi rəğbət bəsləmiş, bu münasibət sonradan yüksək səviyyəli dövlətlərarası əlaqələrdə davam etdirilmişdir. Azərbaycan və Özbəkistan xalqları ortaq dini və dil kimliyinə malikdir. Hər iki xalq islam dininə mənsub olmaqla yanaşı, türk dil qrupuna daxil olan dillərdə danışır. Əlişir Nəvai, Nizami Gəncəvi, Füzuli kimi dahilərin irsi ortaq ədəbi-mədəni yaddaşı formalaşdırır. Bu zəmin üzərində ölkələr arasında mədəniyyət günləri, kitab nəşrləri, təhsil mübadiləsi və humanitar əməkdaşlıq uğurla inkişaf edir.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki