Bu cür əməliyyatlar (ABŞ və İsrailin İrana qarşı əməliyyatı – red.) insan itkisi olmadan baş vermir. Daha çox insan itkisi də olacaq.
Xeberaz.info xəbər verir ki, bunu CBS telekanalına ABŞ-ın hərbi naziri Pit Heqset deyib.
“Mən itkilərin nə olduğunu yaxşı bilirəm. Bu bizi zəiflətmir, əksinə, müharibəni bitirmək əzmini daha da gücləndirir”, – nazir əlavə edib.
P.Heqset həmçinin vurğulayıb ki, İranın sonda təslim olmaqdan başqa çarəsi qalmayacaq:
“Biz mübarizəyə yeni başlamışıq, zirvəyə doğru yüksəlirik. Beləliklə, əgər iranlılar kimin qalib gələcəyini nəzərə almayıblarsa, sonda Prezident Trampın bu müharibədə nə qədər qətiyyətli olduğunu anlamağa başlayacaqlar”.
İrandakı silahlı kürdlərdən (PJAK terrorçularından – red.) yardım istəyib-istəməyəcəkləri barədə sualı cavablandıran nazir vurğulayıb ki, bu, onlardan asılıdır:
“Amma hazırda bu, bizim missiyamızın əhatə dairəsinə daxil deyil”.


























