image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-529237618_1310136907132751_7900700379580296964_n

Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq

image-legitimaz-810x90

Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq

Dövlətimizin başçısının düşünülmüş strategiyası, “Dəmir yumruq” amili, beynəlxalq hüquq normalarına əsaslanan siyasət məntiqi yekununa çatmaqdadır. Azərbaycan Ermənistan tərəfindən yürüdülən 30 illik işğal siyasətinə öz gücü ilə son qoydu, özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Müəyyən beynəlxalq güclər, Ermənistanın havadarları Cənubi Qafqaz üçün müəyyən təxribatçı planlar hazırlasalar da, Prezidentimizin polad iradəsi nəticəsində həmin planların hamısı iflasa uğradı. Ermənistan hakimiyyəti də öz havadarlarına güvənməyinin fəsadlarını görmüş oldu. Bütün bunlardan sonra bölgəmizdə dayanıqlı sülh üçün yeni imkanlar açılır.

Avqustun 8-i baş tutmuş Vaşinqton görüşünün nəticələri bunu deməyə tam əsas verir. Belə ki, liderlər tərəfindən imzalanmış Birgə Bəyannamə xüsusi önəm kəsb edir. Sənəd Azərbaycanın maraqlarına tamamilə cavab verir. Birgə Bəyannamədə çox mühüm məqamlardan biri iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

Sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni özündə əks etdirir. Zəngəzur dəhlizinin açılması Naxçıvanın uzunillik blokadasına son qoyacaq. Digər tərəfdən isə bu dəhlizin geosiyasi əhəmiyyəti də olduqca böyükdür. Bu layihənin reallaşması Azərbaycana iqtisadi gəlirlər gətirməklə yanaşı, siyasi dividentlər də qazandıracaq.

Eyni zamanda, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. Əlbəttə, hər iki məsələ çox önəmlidir. Layihənin paraflanmasından sonrakı mərhələ sülh sazişinin imzalanmasından ibarətdir. Ermənistan konstitusiyasına dəyişikliklər edildikdən sonra sazişin imzalanması üçün heç bir problem qalmayacaq.

Qeyd etmək lazımdır ki, Vaşinqton görüşünün nəticələri kifayət qədər uğurlu oldu. Cənab Prezident İlham Əliyev yerli media nümayəndələrinə müsahibəsində keçirilən görüşləri və imzalanan sənədləri geniş şərh edib. Eləcə də, müsahibədə Azərbaycan-ABŞ münasibətləri, 907-ci düzəlişin ləğvi, Minsk qrupunun buraxılması və s. barədə fikirlərini də ifadə edib. Bütün bunlar Cənubi Qafqazın gələcəyi üçün nikbin olmağa əsas verir. Eyni zamanda, proseslər Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da güclənəcəyini təsdiqləyir.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki