image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-528768710_1310128520466923_3684860607833803743_n

Biz həqiqətən də yeni tarixi səhifəyə imza atdıq

image-legitimaz-810x90

Biz həqiqətən də yeni tarixi səhifəyə imza atdıq

Ötən əsrin sonlarında yenicə müstəqillik qazanmış ölkəmiz elan olunmamış müharibəyə cəlb olundu. Təcavüzkar Ermənistanın, ölkəmizi parçalamaq istəyən separatçıların hücumlarını dayandırmaq, vətənimizin ərazi bütövlüyünü və azadlığımızı qoruyub-saxlamaq üçün minlərlə soydaşımız öz canından keçdi. Bütün bunlarla yanaşı Ermənistanın xarici havadarlarından güclü dəstək alması və Azərbaycanda vahid rəhbərliyin olmaması, siyasi çəkişmələr nəticəsində torpaqlarımızın iyirmi faizi işğal olundu və bir milyona yaxın soydaşımız öz dədə-baba yurdlarından didərgin düşdülər. İşğal olunan bölgələrimizin talanması, müharibənin davam etməsi nəticəsində ölkə iqtisadiyyatına milyardlarla dollar ziyan dəydi və iqtisadi tənəzzül yaşandı. Bu çətin ərəfədə  1992-ci ilin oktyabr ayında ölkəmiz ədalətsiz şəkildə ABŞ Konqrsei tərəfindən sanksiyalara məruz qaldı. Azərbaycandakı vəziyyətdən bixəbər olan və erməni lobbisinə aldanan Konqres üzvləri Azərbaycana olacaq bütün yardıma, əlaqələrə qadağa qoydular. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Amerika Birləşmiş Ştatları ilə münasibətlər yenidən inkişaf etməyə başladı, atəşkəs sazişi imzalandı və tezliklə iqtisadi yüksəlişə səbəb olacaq böyük layihələrə imza atıldı. Bütün itkiləri bərpa etmək üçün sadəcə zamana ehtiyyac vardı. Ali Baş Komandan İlham Əliyev Azərbaycan Xalqının böyük oğlu Heydər Əliyevin siyasi kursunu uğurla davam edərək vətənimizin ərazi bütövlüyünü yenidən bərpa etdi və torpaqlarımıza göz dikənlərə ən sarsıdıcı zərbə endirdi. Tarixin sınağından uğurla çıxan Azərbaycan bu gün regional dövlətə çevrilmiş və qlobal müstəvidə yüksək nüfuz sahibi olmuşdur. Bütün bunlarla yanaşı ölkəmizin qalib olduğu müharibədən sonra mütləq şəkildə sülh sazişinə ehtiyyac vardı. Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarında, Ağ Evdə baş tutmuş məlum görüşü və əldə olunan naliyyətləri bu istiqamətdə mühüm tarixi naliyyət kimi qiymətləndirmək olar. Görüşün nəticəsi olaraq 1992-ci ildən ABŞ tərəfindən ölkəmizə qarşı olan mədudiyyətlər ləğv olundu. Eyni zamanda Ermənistanın əsas qanunundan – Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması istiqamətində ciddi nəticələr əldə olundu. Torpaqlarımızın işğalda olduğu illər ərzində heç bir naliyyət əldə etməyən ATƏT-in Minsk qrupuna son qoyuldu. Ən əsası isə Cənubi Qafqazda sülh bərqərar oldu. Sülhün əldə olunması nəinki Cənubi Qafqaz eyni zamanda bütün dünya üçün böyük imkanlar yaradır. “Tramp rifah və sülh marşurutu” əlaqələr baxımından böyük yenilik deməkdir. Eyni zamanda bu marşurut digər ölkələr üçün investisiya, sərmayə, sabitlik ümumi olaraq sosial-iqtisadi rifah baxımından böyük imkanlar yaradır. Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni qısa quru yolu eyni zamanda Naxçıvanda yaşayan soydaşlarımızında rifahı üçün böyük əhəmiyyət kəsb edir. Ali Baş Komandan İlham Əliyevin müdrük siyasəti nəticəsində Cənubi Qafqazda silahlar həmişəlik susur və regionumuzda sabitlik, sülh bərqərar olur. Eyni zamanda uğurlu xarici siyasətin nəticəsi olaraq Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı münasibətlər yeni mərhələyə qədəm qoydu. Bəli Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev təkcə ölkəmiz üçün yox ümumi region, dünya üçün əhəmiyyətli olan yeni tarixi səhifəyə imza atdı. Qısa müddət ərzində biz regionumuzda iqtisadi inkişafın, çoxşaxəli əlaqələrin, bölgə dövlətləriniz ərazi bütövlüyü və suverliyinə qarşılıqlı hörmətin şahidi olacayıq. Eyni zamanda dünya iqtisadiyyatının aparıcı dövləti olan Amerika Birləşmiş Ştatları ilə yaranmış yeni – daha geniş əlaqələr öz növbəsində ölkəmizin və bölgəmizin iqtisadiyyatı, ticarət imkanları üçün yeni fürsətlər yaratmış olur.

  1. Zərdabi adına Əlvənd kənd tam orta məktəbinin direktoru E. Xəlilov.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki