image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilhameliyev6-1-770x480

Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib

image-legitimaz-810x90

Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib

Prezident cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürəndə təbii ki, burada əsas məqamların, çağırışların nədən ibarət olduğunu da açıqladı. İqtisadi artımın qeyri-nefr sektorunun hesabına olmasını təmin etmək üçün regionların malik olduqları potensialdan səmərəli istifadənin prioritetliyini bildirdi və bunu konkret Dövlət proqramlarının qəbulu və uğurlu icrası ilə təsdiqlədi. Dövlətimizin başçısı regional inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq bölgələrə səfərlər etdi. Eyni zamanda, hər bir il çərçivəsində mütəmadi olaraq Nazirlər Kabinetinin hesabat dövrü ilə əlaqədar müşavirəsini, həmçinin regionların sosial-iqtisadi inkişaf proqramlarının ildönümləri ilə bağlı yekun tədbirlər keçirərək qarşıya qoyulan vəzifələrin hansı səviyyədə yerinə yetirildiyinə dair hesabatlar dinlənildi. Prezident cənab İlham Əliyev həmin tədbirlərdə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları faktlar əsasında, rəqəmlərə söykənərək ictimaiyyətə açıqladı. Prezident cənab İlham Əliyev hələ “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!” fikirlərinin davamı olaraq bu çağırışı da etdi ki, hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində bu gün bütün bölgələrdə müsbət dinamika müşahidə olunmaqdadır. İşğaldan azad olunmuş ərazilərimiz başda olmaqla bütün regionlarda müasir standartlara uyğun infrastruktur qurulub. Dövlət başçımız yerlərdə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsini də yenidən gündəmə gətirdi. Bu kontekstdə bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Məqsəd bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyillərinin qarşısını almaqdır. Hazırda regionlarda bu məqsədlə müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Cənab Prezidentin yerlərdəki rəhbərlər qarşısındakı tələblərindən biri də iş yerlərinin yaradılması, iş adamlarına şərait yaradılması ilə bağlıdır. Yerli istehsalın inkişafı ilk növbədə məşğulluq məsələlərini təmin edir ki, bu da əhalinin rifahının yaxşılaşmasını təmin edən əsas faktorlardan biridir. Cənab Prezidentin səsləndirdiyi fikirlər yalnız yeni təyin olunan rəhbərlərə ünvanlanmış tapşırıq deyil, bütövlükdə dövlət qulluqçularının fəaliyyətinə verilən strateji istiqamətdir. Bu yanaşma Azərbaycanda formalaşan məsuliyyətli, şəffaf və sosialyönümlü idarəçilik modelinin mahiyyətini əksi kimi yadda qaldı.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki