Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub.
“Xeberaz.info” xəbər verir ki, hadisə nəticəsində sürücü, 2003-cü il təvəllüdlü Vasif Həsənli və onun sərnişinləri – 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə həyatlarını itiriblər.
Məlumata görə, avtomobildə olan yaxın qohumlar və dostlar olub. Onlar Biləsuvar rayonunun Bəydili kəndinə gedirmişlər. Hadisə də bu zaman baş verib.
Qəzada ölənlərdən Vasif və Rusifin qardaş, İldırımın onların əmioğlusu, digərlərinin isə dostları olduğu bildirilir.


























