Bakıda elektronika mağazasından külli miqdarda oğurluq edilib.
”Xeberaz.info” lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən “Elit Optimal” mağazasında qeydə alınıb.
33 yaşlı Ələddin Qafarov (ad və soyad şərtidir) mağazanın qapısını ayağı ilə vurub sındıraraq, içəridən ümumi dəyəri 21 min manatdan çox olan 8 ədəd Ayfon-15 Plus, Ayfon-16, Ayfon-16 Pro markalı telefonları oğurlayıb.
Bu əməlinə görə, onun barəsində Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən iclasda Ələddin Qafarov barəsində 2 il 6 müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


























