image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-masin-yandi

Bakıda avtomobil sürücüsü ilə birgə yandı

image-legitimaz-810x90

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Binə-Sədərək yolunda avtomobilin yanması barədə məlumat daxil olub.

Bu barədə ‘‘Xeberaz.info”-a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Dongfeng Aeolus E70” markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki