Azərbaycanla Özbəkistan arasında əlaqələrin davamlı olaraq genişlənməsi də böyük məmnunluq doğurur
Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da genişləndirlməsi xətti xüsusi yer tutur. Prezident İlham Əliyevin bu günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır”.
“Ortaq dəyərlərə və üst-üstə düşən strateji maraqlara malik olan ölkələrimiz bir-biri ilə sıx inteqrasiya edirlər. Qeyd edək ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər, Prezident İlham Əliyev isə həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olub. Belə intensiv siyasi dialoq ölkələrimiz arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasının əyani göstəricisidir. Bu kontekstdə Azərbaycanla Özbəkistan arasında əlaqələrin davamlı olaraq genişlənməsi də böyük məmnunluq doğurur”.
Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir:
“İki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində Özbəkistanı Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq kimi səciyyələndirib. Dövlətimizin başçısı vurğulayıb ki, bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir”.
Təmasların möhkəmlənməsində liderlərin dostluq münasibətlərinin və onların mütəmadi hal alan qarşılıqlı səfərlərinin mühüm rol oynadığını bildirib: “Təkcə son bir il yarım ərzində beş yüksəksəviyyəli səfər olub. Bütün bunlar iki ölkə arasındakı münasibətlərin yüksək dinamikasını əyani şəkildə göstərir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


























