image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-578344493_1385034822976292_6014748064059704273_n

Azərbaycanın tarixi Qələbəsi

image-legitimaz-810x90

Azərbaycanın tarixi Qələbəsi.

İşğalçı Ermənistan sentyabrın 27-də başladığı müharibəyə 44 gün davam gətirə bildi. Bu müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Xarici havadarlarına güvənən düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Özlərini güclü, qüvvətli hesab edən Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. 44 günlük Vətən müharibəsi boyu Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inanılmaz qəhrəmanlıq göstərdi. Xalq, ordu və dövlət bir yumruq kimi birləşdi. Bu birlik düşmən üzərində qələbənin əsas açarı oldu. Azərbaycan əsgəri çətin şəraitdə, dağ-meşə yollarında, əlverişsiz hava şəraitində belə, torpaq sevgisini, Vətən eşqini özündə daşıyaraq irəli atıldı. Hər bir döyüş, hər bir addım şəhidlərimizin qanı bahasına qazanıldı.8 Noyabrda Şuşanın azad olunması ilə düşmən artıq müqavimət göstərə bilmədi. Bu tarixi hadisə bütün ölkədə sevinc, qürur və göz yaşları ilə qarşılandı. Ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” sözləri gerçəkliyə çevrildi.

Bu qələbə Azərbaycan xalqının sarsılmaz ruhunun, ədalət uğrunda mübarizəsinin nəticəsidir. 30 ilə yaxın həsrətinə son qoyduğumuz torpaqlarımıza qayıdış gününün rəmzi kimi 8 Noyabr – Zəfər Günü hər il böyük təntənə ilə qeyd olunur. Hər bir azərbaycanlı bu günü qürurla, minnətdarlıqla, şəhidlərimizin xatirəsinə ehtiramla yad edir.Bu  təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir. Çünki bu savaşda ədalət, haqq və vətən sevgisi qalib gəldi. Bu gün Qarabağda yenidən həyat başlayır. Azad torpaqlarda yeni evlər, yollar, məktəblər, məscidlər tikilir. Şuşada musiqi yenidən səslənir, mədəniyyət dirçəlir. Qəhrəman əsgərlərimizin fədakarlığı, şəhidlərimizin qanı bahasına qazanılmış bu qələbə Azərbaycanın gələcək nəsillərinə ilham və qürur mənbəyi olacaq.

 

Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal -Araz Allahverdiyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki