image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-577026984_1385035222976252_5632060064943449486_n

Azərbaycanın iqtisadi sahədə regional və qlobal üstünlüyü

image-legitimaz-810x90

Azərbaycanın iqtisadi sahədə regional və qlobal üstünlüyü.

Azərbaycanın iqtisadi inkişafı iqtisadi inteqrasiya prosesləri ilə sıx bağlıdır və əsasən dünya iqtisadiyyatının qloballaşma dəyişmələri ilə müəyyənləşdirilir. Qloballaşma problemi Azərbaycanın milli iqtisadiyyatının geniş iqtisadi əlaqələrinin formalaşdırılmasının vacibliyini gücləndirir. Qloballaşma prosesləri hər hansı bir milli iqtisadiyyat, o cümlədən Azərbaycan üçün əhəmiyyətlidir. Bu mərhələdə dünya inkişafının aparıcı tendensiyalarına cavab vermək və eyni zamanda ölkənin milli maraqlarının təmin edilməsi olduqca vacibdir.
Ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlərin, proqram və layihələrin işlənib hazırlanması və həyata keçirilməsi makroiqtisadi inkişafın mühüm amilləri sayılır.

Son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf, aparılan məqsədyönlü islahatlar və həyata keçirilən strateji layihələr ölkəmizin beynəlxalq diqqət mərkəzinə çevrilməsində mühüm rol oynayır. Dövlətin iqtisadi siyasəti uzunmüddətli sabitliklə yanaşı, rəqabətqabiliyyətli bazar münasibətlərinin formalaşmasına, qeyri-neft sektorunun inkişafına və dayanıqlı artım modelinin qurulmasına xidmət edir.Məhz bu səbəbdən də Azərbaycan bu gün regionun iqtisadi liderlərindən biri kimi tanınır və xarici investorların diqqətini özünə cəlb edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev son illərdə xarici səfərləri zamanı dünyanın aparıcı maliyyə institutlarının və investisiya şirkətlərinin rəhbərləri ilə mütəmadi olaraq xüsusi görüşlər keçirir. Bu görüşlər ölkəyə xarici kapitalın cəlb edilməsində mühüm rol oynayır.

Bu gün ölkəmizin sosial-iqtisadi inkişafının demək olar ki, bütün sahələrində təsirli nəticələr əldə edilmişdir ki, dünya ictimaiyyəti Azərbaycanın nailiyyətlərinə böyük maraq göstərir. Prezident İlham Əliyevin məqsədyönlü dövlət siyasəti sayəsində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan iqtisadiyyatının inkişafı üçün milli model yüksək nəticələr əldə etmişdir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən geniş miqyaslı layihələr Azərbaycanın inkişafını sürətləndirdi və dünya səviyyəsində müəyyən nəticələr əldə etməsinə gətirib çıxardı.

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki