Azərbaycanın heç nəyi yenidən müzakirə etməyəcək
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev müzakirələrin iki il sürdüyünü və heç bir irəliləyişin olmadığını vurğuladı. Lakin həmin əraziləri sentyabrda Azərbaycan azad edəndən sonra Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi.
Prezident İlham Əliyev 2024-cü ilin yanvarında real danışıqların başlanıldığını və Azərbaycanın hazırladığı layihənin mətni üzərində iş getdiyini və həmin mətnin razılaşdırıldığını açıqladı. Ölkə başçısı birmənalı olaraq bəyan etdi ki, Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması həll edilən kimi sülh müqaviləsi imzalana bilər.
III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev mətnin paraflana biləcəyini və Azərbaycan tərəfinin artıq Əbu-Dabidə bu təkliflə çıxış etdiyini diqqətə çatdırdı. Tərəflər sülh müqaviləsinin imzalanmasına çox yaxındır. Ölkə başçısı bu prosesin geridönməz xarakter aldığını və Azərbaycanın heç nəyi yenidən müzakirə etməyəcəyini bəyan etdi. Əgər Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ölkəmizin düzgün istiqamətdə olduğunu qeyd edən Prezident İlham Əliyev Ermənistan tərəfinin ev tapşırıqlarını yerinə yetirməli olduğunu bildirdi. Bu baş verdiyi halda sülh müqaviləsi imzalana bilər. Sülh müqaviləsinin imzalanması region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq, deyə, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda qeyd etdi. Cənubi Qafqaz sabitlik məkanı olacaq. Regiona sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, region ölkələri artıq sülh şəraitində yaşamalıdırlar.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc