Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstəkləyib.
Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanılması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Dövlətimizin başçısının həyata keçirdiyi prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində ölkədə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub. Bunu təkcə yerli siyasi və iqtisadi ekspertlər deyil, həm də dünyanın nüfuzlu reytinq və beynəlxalq təşkilatları də etiraf edirlər. Digər tərəfdən, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər dünya ölkələrinə nümunə olaraq göstərilir. Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının yanındadır və xalqın dəstəyinə arxalanır. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Ölkə başçısı hər zaman xalqdan güc alıb, xalqımız da Prezidenti həmişə dəstəkləyib. Xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da bu amil dayanır. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu reallıqların müəllifi də məhz Prezident İlham Əliyevdir. Ərazi bütövlüyünün və suverliyimizin təmin olunması Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən ərazilərimizin işğaldan azad olundu və xalqımız ən böyük arzusuna çatdı. 44 günlük Vətən müharibəsində və ondan sonrakı mərhələdə də xalqımız dövlət başçısının yanında oldu, ona güclü dəstək nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan xalqının öz liderinə inam və etimadı sarsılmazdır. Xalq hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Sevil Mecidli – Zərdab Gənclər evi SXM-in dərnək rəhbəri

























