image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-568629833_1369866704493104_826129433689126545_n

Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr bu gün ən yüksək etimad və möhkəmliklə xarakterizə olunur

image-legitimaz-810x90

Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr bu gün ən yüksək etimad və möhkəmliklə xarakterizə olunur

Prezident İlham Əliyevin oktyabrın 18-də “Kazinform” agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini, regional və qlobal miqyasda əməkdaşlığın dərinliyini, eləcə də gələcəyə doğru baxışı aydın şəkildə ortaya qoyur. Müsahibə təkcə siyasi bəyanat deyil, Azərbaycan-Qazaxıstan əlaqələrinin keçdiyi tarixi yolun, bu gün formalaşmış etibarlı tərəfdaşlığın və yeni mərhələyə yüksələn strateji əməkdaşlığın əhatəli təhlilidir.

Prezident İlham Əliyevin fikirləri bir daha göstərir ki, iki ölkə arasında münasibətlər sırf diplomatik çərçivəni aşaraq türk birliyi ideyasına, qarşılıqlı etimada və dərin inteqrasiyaya söykənən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Dövlətimizin başçısı ilk növbədə qeyd edir ki, Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr bu gün ən yüksək etimad və möhkəmliklə xarakterizə olunur. Bu möhkəmliyin təməlində təkcə son illərin diplomatik fəallığı deyil, onilliklər ərzində formalaşmış tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mənəvi dəyərlər və mədəni ənənələr dayanır. Bu baza üzərində iki dövlət arasında əsl strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub. Məhz bu etimad mühiti sayəsində ikitərəfli əməkdaşlıq yalnız rəsmi müqavilələrlə məhdudlaşmır, dövlətlərarası əlaqələr bütün səviyyələrdə, siyasi, iqtisadi, humanitar və təhlükəsizlik ölçülərində davamlı şəkildə dərinləşir.

Bu strateji yaxınlığın ən mühüm hərəkətverici qüvvələrindən biri liderlər səviyyəsində aparılan fəal və konstruktiv dialoqdur. Prezident İlham Əliyev vurğulayır ki, Kazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkədə müşahidə edilən sürətli inkişaf və modernləşmə siyasəti Qazaxıstanı bölgənin ən dinamik dövlətlərindən birinə çevirib. Təkcə son üç ildə Azərbaycan Prezidentinin Qazaxıstana yeddi səfəri, Tokayevin isə Azərbaycana altı səfəri, bu münasibətlərin intensivliyini və strateji xarakterini təsdiq edir. Dövlət başçıları arasındakı müntəzəm görüşlər aktual məsələlərin operativ şəkildə həllinə, ortaq mövqelərin formalaşdırılmasına və əməkdaşlıq gündəliyinin irəli aparılmasına geniş imkanlar açır. Bu səfərlər simvolik deyil, konkret nəticələrə hesablanmış və hər dəfə yeni əməkdaşlıq sahələrinə yol açan siyasi dialoq platformasıdır. Humanitar sahədə əməkdaşlıq da siyasi tərəfdaşlığın ayrılmaz parçasıdır. İşğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi Qazaxıstanın Azərbaycana mənəvi dəstəyinin simvolu kimi dəyərləndirilir. Bu mərkəz təkcə mədəni layihə deyil, tərəfdaşlığın dərin humanitar çalarıdır və hazırda onlarla uşağın təhsili üçün real imkan yaradır.

Tahir Mirkişili diqqətə çatdırıb ki, müsahibədə xüsusi vurğulanan digər strateji məqam iki ölkə arasında imzalanmış tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illik yubileyidir. Ötən illər ərzində təqribən 170 sənəddən ibarət hüquqi baza formalaşıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələr üzrə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki