image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-501001188_1255699449243164_6956317698713634533_n

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər

image-legitimaz-810x90

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər

Mayın 28-də Prezident cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Laçın Beynəlxalq Hava Limanının açılışından sonra Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan “Dost Aqropark”da istehsal edilən məhsullara baxdılar. Qeyd edildi ki, kompleksdə “ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında 30 illik işğal dövrünün reallıqlarından, Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından, onların regionda və dünya siyasətində yaratdığı reallıqlardan geniş bəhs edir. Azərbaycan, eyni zamanda, güclü iqtisadiyyat qurdu və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayrıldı. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir.

Prezident cənab İlham Əliyev sözügedən tədbirdə dost, qardaş Türkiyə və Pakistan liderlərinin iştirakını önə çəkərək onu da vurğuladı ki, üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk: «Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür. O da qeyd edildi ki, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq. Qeyd edək ki, Azərbaycan-Türkiyə münasibətləri tarixi, mədəni və etnik bağlar üzərində qurulmuş, zaman keçdikcə dərinləşərək müttəfiqlik səviyyəsinə yüksəlmiş strateji tərəfdaşlıq nümunəsidir. «Bir millət, iki dövlət» fəlsəfəsi bu münasibətlərin ideoloji və emosional təməlini təşkil edir. İki ölkə arasında əməkdaşlıq enerji, nəqliyyat, hərbi, müdafiə sənayesi, mədəniyyət, təhsil və diplomatiya sahələrini əhatə edir və regional təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. Prezident cənab İlham Əliyev çıxışında bir daha diqqəti Türkiyənin və Pakistanın 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycana mənəvi və siyasi dəstəyinə yönəltdi və vurğuladı ki, Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

Azərbaycanın milli maraqlar üzərində qurulan və çoxvektorlu səciyyə daşıyan xarici siyasət kursunda Türkiyə və Pakistanla əlaqələrin dərinləşməsi ayrıca bir xətt kimi diqqət çəkir. Artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərə istinadən bu ölkələri üç qardaş kimi səciyyələndirə bilərik. Prezident cənab İlham Əliyev Laçında  Azərbaycanın 28 May – Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəl etdiyi çıxışında bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Azərbaycan, Türkiyə və Pakistan münasibətləri tarixdən gələn ənənələrə, oxşar milli-mənəvi dəyərlərə əsaslandığı üçün keçici deyil, əbədiyaşardır.  Üç ölkənin müxtəlif məsələlərdə bir ailə prinsipindən çıxış etmələri son dərəcə sevindirici və qürurvericidir. “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk”, – deyə Prezident cənab İlham Əliyev bildirib. Türkiyə və Pakistan da ən çətin məqamlarda, həssas dönəmlərdə ölkəmizin yanında olduqlarını birmənalı şəkildə nümayiş etdirirlər. İndiyədək Azərbaycan və Türkiyə onlara edilən xain hücumlara həmişə birlikdə cavab veriblər. Azərbaycan olmayanda Türkiyə, Türkiyə olmayanda Azərbaycan cəsarətlə qabağa duraraq haqqın, ədalətin, dost mənafeyinin müdafiəsinə qalxıblar. Qardaş ölkə, öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan respublikamıza 44 günlük Vətən müharibəsinin ilk saatlarından etibarən siyasi-mənəvi dəstək göstərib.

Azərbaycan da ən müxtəlif məsələlərdə qardaş ölkələrə öz dəstəyini göstərir. Azərbaycan dövləti və cəmiyyəti ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri əsassız ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Ölkəmiz oxşar məzmunlu yanaşmanı qardaş Pakistana münasibətdə də sərgiləyir. Məlumdur ki, ərazi problemi ilə həmçinin  Pakistan da üzləşib. Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam Azərbaycanın qardaşlıq dəstəyi təbii ki, Pakistan dövləti və cəmiyyəti tərəfindən yüksək dəyərləndirlir.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki