image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-502435944_1255699439243165_2800065740077146664_n

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər

image-legitimaz-810x90

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər.

Bir neçə gün əvvəl dünyanın diqqəti yenidən Azərbaycanın işğaldan azad edilmiş ərazisinə yönəlmişdi. Son illər bu ərazilərin beynəlxalq aləmin diqqət mərkəzində olması təsadüfi deyil. Xankəndidə, Şuşada, Ağdamda, Suqovuşanda, Laçında gah el şənlikləri, gah beynəlxalq tədbirlər, gah musiqi festivalları, gah da beynəlxalq miqyaslı idman yarışları keçirilməsi “Qarabağ Azərbaycandır!” reallığının dünyaya mesajıdır. Bir neçə gün əvvəl isə dünya ictimaiyyəti Laçın rayonunda daha bir nüfuzlu tədbirin – Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli Zirvə görüşünün şahidi oldu. Sayca ikinci olan bu Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürü idi. Bu görüş həm də ona görə diqqət mərkəzinə çevrildi ki, artıq Laçın Beynəlxalq Hava Limanı öz qapılarını dünyaya açıq elan etdi. 30 il ərzində işğal altında qalan Laçın şəhərində belə bir nüfuzlu tədbirin keçirilməsi böyük rəmzi məna daşıyır.

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir. Yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinə, həmrəylik, dəstək göstərir, münasibətləri daha da möhkəmləndirirlər. Azərbaycanın şanlı Zəfəri ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistan ölkəmizin yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Bu gün də üç qardaş ölkə arasında həmrəylik davam edir. Üç ölkənin iştirakı ilə Laçında ikinci Zirvə görüşünün keçirilməsi dostluq və qardaşlığın bariz nümunəsidir. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən təntənəli mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının və strateji əməkdaşlığının növbəti təzahürü oldu. Zirvə görüşündə işğaldan azad edilmiş bütün ərazilərdə aparılan yenidənqurma, bərpa və quruculuq işlərindən də söhbət açıldığını qeyd edib: “Prezident cənab İlham Əliyev deyib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur layihələri icra edilir – xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Bu gün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir. Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq”. Üç dost ölkənin liderlərinin Qarabağda, Şərqi Zəngəzurda birlikdə bayram tədbirlərində iştirakı və həmrəylik nümayiş etdirmələri dünya miqyasında yeni reallıqlar yaradır. Laçında təşkil olunmuş bayram konsertində səslənən mahnılar bu birliyin zəngin mədəniyyətə malik olmasının göstəricisidir.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki