image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-501598111_1255699282576514_4752653076160320718_n

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər

image-legitimaz-810x90

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər.

Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin dərin tarixi kökləri var. Yaxşı haldır ki, ölkələrimiz tarixə və oxşar milli-mənəvi dəyərlərə əsaslanmaqla qarşılıqlı münasibətləri daha da dərinləşdirməyə davamlı şəkildə səy göstərirlər. Hər üç dövlətin qətiyyətli siyasi iradəsi ilə cəmiyyətlərin qarşılıqlı rəğbət hissinin, yaxınlaşmaq istəyinin üst-üstə düşməsi münasibətlərin dinamikasına güclü impuls verir.

Azərbaycan, Türkiyə və Pakistan tarixi, mədəni və dini bağlarla bir-birinə sıx bağlı olan üç qardaş ölkə kimi tanınır. Bu əlaqələr yalnız emosional bağlılıqla kifayətlənmir, eyni zamanda regional və beynəlxalq səviyyədə strateji əməkdaşlığa çevrilmişdir. Son illərdə üç ölkə arasında münasibətlər daha da dərinləşərək, hərbi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə genişlənməkdədir.

Tarixi Qardaşlıqdan Strateji Tərəfdaşlığı haqqında danışsaq deyə bilərik ki,hər üç ölkə tarix boyu bir-birinə dəstək olmuşdur. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuş, Ermənistanla münaqişədə daim Azərbaycanın yanında durmuşdur. Türkiyə isə həm siyasi, həm də hərbi sahədə Azərbaycanla “bir millət, iki dövlət” prinsipinə əsaslanaraq sarsılmaz bir müttəfiqlik göstərmişdir.

2021-ci ildə keçirilən Bakıda Üç Qardaş birgə hərbi təlimləri, 2022-ci ildə İslamabadda keçirilən üçtərəfli xarici işlər nazirlərinin görüşü və digər yüksək səviyyəli dialoqlar bu əməkdaşlığın real ifadəsidir. Bu formatda qəbul edilən Bakı Bəyannaməsi üç ölkənin regional sabitlik, təhlükəsizlik və inkişaf üçün birgə hərəkət edəcəyini bəyan edir.

Azərbaycanın enerji ehtiyatları, Türkiyənin tranzit rolu və Pakistanın böyük bazarı – bu üç komponent birləşərək yeni iqtisadi sinerji yaradır. Xəzər dənizindən Pakistan limanlarına uzanan nəqliyyat və enerji layihələri bu əməkdaşlığı daha da dərinləşdirə bilər. Təhsil, mədəniyyət və gənclər siyasəti sahəsində  də sıx əməkdaşlıqları var. Universitetlərarası razılaşmalar, tələbə mübadiləsi proqramları və birgə mədəni tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirir. Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan bu üçtərəfli əməkdaşlıq modeli təkcə regional deyil, eyni zamanda qlobal miqyasda mühüm geosiyasi güc mərkəzinə çevrilmək potensialına malikdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın göstərdiyi siyasi və mənəvi dəstək xalqlar arasında sarsılmaz dostluğun nümunəsinə çevrildi. Bu birlik həm də bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün güclü platforma yaradır.

Tamam Xaspoladova Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru

 

 

Biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik.

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir.

Bu gün dövlət idarəetmə sistemində, qanunvericilik, məhkəmə hakimiyyətində, mətbuatda gənc nəsillə təcrübəli ziyalılarımız çiyin-çiyinə çalışırlar. Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsinin bir araya gəlməsi dövlətin gücünü artırır. Bu, Azərbaycanda dövlət quruculuğu istiqamətində həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir və bu gün buna uğurla nail olunub. Məhz bunun nəticəsidir ki, Azərbaycan gənci bu gün ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Ölkəmizin dövlət siyasətində də insan kapitalının inkişafı başlıca faktor kimi göstərilib. Bu baxımdan, kadrların inkişafı dedikdə, ilk növbədə, gənclər anlaşılır.

44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi öz gücünü göstərdi. Bütün xalqımız yüksək vətənpərvərlik ruhunda gənc nəslin formalaşdığının şahidi oldu. Bu,  böyük milli potensialımızdan xəbər verir. Reallıqlar göstərdi ki, Azərbaycanda milli dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir gənc nəsil yetişib. Əlbəttə ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması çox önəmlidir.   Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz, haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər. Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Cənab Prezidentin səfərbərlik çağırışına gənclərimiz mərdliklə cavab verdi. Hamı döyüşə getmək üçün könüllü yazılırdı.

Gənclərimiz yerli səfərbərlik idarələrindən dərhal orduya aparılmalarını israrla tələb edirdilər. Hər vəchlə cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmağa, düşməndən qisas almağa can atırdılar. Hərb meydanına, qanlı savaşa ruh yüksəkliyi ilə yollanırdılar. Düşmənlə üz-üzə yalnız qələbə barədə düşünür, vətənpərvərlikləri, döyüş ruhu, hazırlıqları, əzmkarlıqları ilə düşmənin qorxulu yuxusuna çevrilirdilər. Onların azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızı yüksəltmələri, Dövlət himnimizi oxumaları Azərbaycan gəncliyinin Vətən qarşısındakı müstəsna xidmətlərinin tarixdə əbədiləşmiş mənzərəsidir. Bu mənzərədə tarix hər zaman Azərbaycan xalqının yenilməzliyini görəcək.

Artıq əminliklə deyə bilərik ki, bütün sahələrdə ölkənin gələcəyinin etibar edilə biləcək gənclik formalaşıb. Bütün bunlar dövlətin sağlam gənc nəsil, güclü vətəndaş, etibarlı gələcək uğrunda illərlə apardığı düşünülmüş siyasətinin nəticələridir. Bu gün yeni bir gələcəyin addım səsləri eşidilir. Bu gələcəkdən kənarda qalmaq istəməyən hər kəs ondan faydalana bilər. Qələbənin cəmiyyətimizə qazandırdığı qalibiyyət ruhu bu firavan hədəfləri ölkəmiz üçün misilsiz bir nailiyyət tarixinə çevirəcək, möhtəşəm salnamələr yaradacaq

Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki