image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17478176922239949608_1200x630

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur

image-legitimaz-810x90

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur.

Azərbaycan və Macarıstan arasındakı münasibətlər tarixi köklərə, qarşılıqlı hörmətə və strateji maraqlara əsaslanan möhkəm bir təməl üzərində qurulub. Azərbaycan lideri cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri və mətbuata bəyanatları bu münasibətlərin dərinliyini və gələcək potensialını bir daha təsdiqlədi. “Dost ölkələr, strateji tərəfdaşlar” kimi xarakterizə olunan bu əlaqələr, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə birgə fəaliyyətin genişlənməsi ilə daha da möhkəmlənir.

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Hazırda ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2022-ci ildə diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Macarıstan parlamentində Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.

Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Ölkəmizin enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı cənab İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata birgə bəyanatında da enerji sektorunda mövcud imkanlardan geniş bəhs edərək bildirdi ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Ölkəmiz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir. Yeni qaz yataqları istismara veriləcək. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkəsi və etibarlı tərəfdaş kimi tanıyır. Əgər qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir”.

Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Macarıstan ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində də ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib. Həmin dəstək 44 günlük Vətən müharibəsi dövründə də, indi də davam edir.

Azərbaycan və Macarıstan arasındakı möhkəm dostluq və tərəfdaşlıq münasibətləri digər ölkələr üçün də örnək hesab oluna bilər. Dövlətimizin başçısı cənab İlham Əliyevin vurğuladığı kimi bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Bir çox istiqamətlər üzrə biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Azərbaycan Macarıstanın uğurlarına ən çox dəstək verən ölkələrdən biridir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki