image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-568199497_1369952754484499_8730674924196260003_n

Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması

image-legitimaz-810x90

Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin oktyabr ayının 20-də Qazaxıstan Respublikasına etdiyi dövlət səfəri çərçivəsində oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. Həmin iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirib ki, Azərbaycanın torpaqları uzun illər ərzində işğal altında olanda Qazaxıstan həm ikitərəfli formatda, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlarda mövqeyi çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini ifadə edib. Biz həmişə bu dəstəyi hiss etmişik və buna görə çox minnətdarıq.

Cənab Prezident vurğulayıb ki, sonuncu hərbi toqquşmalardan ötən cəmi iki ildən az bir müddətdə sülh sazişinin paraflanması ondan xəbər verir ki, hər iki ölkə kifayət qədər yüksək siyasi iradə nümayiş etdirib. Əlbəttə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında rolu ən yüksək qiymətə layiqdir. Avqustun 8-də Vaşinqtonda keçirilən Sammit mahiyyətcə çoxillik münaqişəyə son qoydu və inkişaf, o cümlədən geniş regional kontekstdə – Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır. Prezident cənab İlham Əliyev çıxışında deyib ki, bu yaxınlarda Hökumətlərarası Komissiyanın müsbət iclası olub. İqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi üzrə ciddi nailiyyətlər əldə olunub, əmtəə dövriyyəsi artır və bu, təbii ki, bizi çox sevindirir. Təsis etdiyimiz Birgə İnvestisiya Fondu da böyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olan bir neçə layihə mövcuddur və konkret layihələrin nəzərdən keçirilməsi, Birgə İnvestisiya Fondu mexanizmi ilə müştərək maliyyə ilə bağlı təkliflər var.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki